Xəbər Lenti

    Elvin Məmmədov bəxtlərinin gətirməsiylə razılaşdı: "Vacib olan qələbəylə başlamaq idi, bunun da öhdəsindən gəldik"

    FutbolTarix: 2017-08-12 23:41:00
    ...

     “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Məmmədov “İnter”lə oyundan (2:1) sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, yeni komandasında çempionatda debütünü qolla qeyd edən millimizin üzvü jurnalistlərin suallarını cavablandırıbş 

    - Sabiq komandanıza qalib gəldiniz. Oyunundan razı qaldınmı?

    - Qol vurduğum ümün sevincliyəm. İlk oyun stressli keçir. Əsas odur ki, qələbə qazandıq. Çatışmazlıq var idi. Qarşıdakı matçlara baxmaq lazımdı.

    - Bugünkü qələbədə bəxtinizin gətirdiyini demək olarmı?

    - Razıyam. "İnter"in qapıya doğru 2-3 təhlükəli zərbəsi oldu. Həmin anda bəxtimiz gətirdi. Bizim də fərqi artırmaq üçün şanslarımız oldu. Futbolun gözəlliyi də bundadı. Hər epizod qol olmur ki... Üçüncü qolu vursaydıq, oyun “sınacaq”dı. Vacib olan qələbəylə başlamaq idi, bunun da öhdəsindən gəldik.

    - Avrokuboklardakı uğursuzluğu unuda bilmisinizmi?

    - Avrokubok və çempionat oyunları fərqlidi. Avropa Liqasında mübarizəni dayandırdıq. İndi çempionatda yenə yüksək yerlərdən birini tutmalıyıq ki, Avropa macəramız davam etsin.

    - “Qarabağ” daha hazır görünür. Yenə bu komandanın çempion olacağını düşünmək olarmı?

    - Çempionatın ilk turu olduğundan bu haqda danışmaq çətindi. Əlbəttə, "Qarabağ"ın "oturuşmuş" heyəti var. “Qəbələ”də isə heyət hər il dəyişir, yeni futbolçular gəlir.. Buna görə də çətinlik olur. Amma mövsüm yeni başlayıb. İndidən dəqiq fikir bildirmək olmaz.

    - Yeni komandanın oyun dəsti-xətti sizi darıxdırmır?

    - Baş məşqçinin tətbiq etdiyi sistemdi. Biz onun tapşırığını yerinə yetirməliyik. Hansı mövqedə oynamağı tapşırır, orda komandaya kömək etməliyik. Bu gün bunu nə dərəcədə bacardım, bilmirəm.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0