Malayziyada azarkeşlər millinin və "Selanqor" klubunun futbolçusu Faysal Halimə hücum ediblər. Sport24.az xəbər verir ki, Kuala-Lumpurda alış-veriş edən futbolçunun üzərinə yandırıcı maddə də atılıb.

 

Halimin boynu, kürəyi, qolu və sinəsində 2-ci dərəcəli yanıqlar yaranıb. Hadisə ilə bağlı 1 nəfər həbs olunub.

 

Qeyd edək ki, bu, Malayziyada yaşanan ilk belə hadisə deyil. Bundan əvvəl ölkənin əsas komandası və "Terenqanu" klubunun futbolçusu Akyar Raşid də eyni halla üzləşib.