Asif Məmmədova "Qəbələ"nin 250 nömrəli forması təqdim olunub.

Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanına hədiyyənin təqdimat mərasimi Misli Premyer Liqasının XXXV turunun "Araz-Naxçıvan"la matçından əvvəl baş tutub.

"Qırmızı-qaralar"ın heyətində keçirilən oyun sayında ikinci olan 38 yaşlı yarımmüdafiəçi yubiley qarşılaşmasına ötən tur çıxıb. O, XXXIV turun "Sabah"la evdəki görüşündə 250-ci dəfə komandanın formasını geyinib.

Qeyd edək ki, Asif "Qəbələ" formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.