"Araz-Naxçıvan"la  gərgin oyun olacağını əvvəlcədən bilirdik. Amma bu dərəcədə çətin olacağını gözləmirdik. Buna baxmayaraq, 3 xal qazana bildik ki, buna görə sevinirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Namik Ələskərov deyib.


"Sabah"ın "Araz-Naxçıvan"ı minimal hesabla məğlub etdiyi görüşü dəyərləndirən yarımmüdafiəçi qarşıdakı oyunlar barədə də fikirlərini bölüşüb: "4-cü dövrə bizim üçün ağır keçir. Üzərimizdə təzyiqlə yanaşı, qarşıya qoyduğumuz hədəf var və ona çatmalıyıq. Çempionat sona yaxınlaşdıqca hər bir oyun bizim üçün finala bərabərdi. Qeyd etdiyim kimi "Araz-Naxçıvan"la matçda çox əziyyət çəkdik. Rəqib sona qədər layiqincə mübarizə apardı. Turnir cədvəlində elə vəziyyət yaranıb ki, qarşıdakı 3 tura da final qarşılaşması kimi yanaşıb maksimum xal götürmək istəyirik".


Ələskərov fürsətdən yararlanıb azarkeşlərə də səslənib: "Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onlar bu gün Bakının dörd bir yanından Masazıra gəlib dəstəyini nümayiş etdirirlər.Hazırda həssas məqamdayıq. Ona görə, daha çox dəstəyə ehtiyacımız var. Tribunalarımızı maksimum doldurub, sona qədər bizə inanıb, yanımızda olmalarını xahiş edirəm. Bu gün inadkar, cılğın "12-ci oyunçu"ya ehtiyacımız çoxdu".


ABDULLA İSMAYILOĞLU