BƏƏ-də Şarjah Masters şahmat turnirində 5-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, Aydın Süleymanlı turu qələbə ilə başa vurub.

 

Şahmatçımız monteneqrolu Denis Kadriçdən güclü olub. Teymur Rəcəbov yarışda keçirdiyi 5-ci görüşü də heç-heçə ilə başa vurub. Eltac Səfərli də yarımxal qazanıb. Məhəmməd Muradlı isə məğlub olub. 

 

5 turdan sonra hesabında 3 xal olan Məhəmməd 16-cı, Aydın 22-ci, 2,5 xal toplayan Eltac 40-cı, Teymur isə 50-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

 

Şarjah Masters, V tur
Məhəmməd Muradlı – Sam Şankland (ABŞ) – 0:1
Denis Kadriç (Monteneqro) – Aydın Suleymanlı – 0:1
Pa İniyan (Hindistan) – Teymur Rəcəbov – 0,5:0,5
Eltac Səfərli – Andrey Yesipenko (AİN) – 0,5:0,5