Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirirlər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət milli VI turda Argentina ilə qarşılaşıb.
Azərbaycan - Argentina 2,5:1,5
Şəhriyar Məmmədyarov - Faustino Oro 0,5:0,5
Dieqo Flores - Aydın Süleymanlı 0:1
Məhəmməd Muradlı - Fernando Peralta 0,5:0,5
Frderiko Peres Ponsa - Rauf Məmmədov 0,5:0,5
Xanımlar isə Qazaxıstanla üz-üzə gəlib.
Azərbaycan - Qazaxıstan 1,5:2,5
Gövhər Beydullayeva - Bibisara Asaubayeva 0,5:0,5
Alua Nurman - Günay Məmmədzadə 1:0
Xanım Balacayeva - Meruert Kamaldenova 0,5:0,5
Zarina Nurqaliyeva - Gülnar Məmmədova 0,5:0,5
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət yarışa sentyabrın 27-də yekun vurulacaq. 8 xalla 11-ci pillədə qərarlaşan kişilərdən ibarət komanda əvvəlki turlarda Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya və Rumıniya ilə isə "sülh" bağlayıb. Xanımlar isə 10 xalla 4-cü yerdəddir. Onlar bu tura qədər Qvatemala (4:0), Danimarka (4:0), Serbiya (3:1), İsveç (2,5:1,5) və İngiltərəni (3:1) məyus ediblər.