Azərbaycan şahmatçısı Nicat Abasov Almaniyada keçirilən Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini alıb. Sport24.az xəbər verir ki, 31 yaşlı qrossmeyster səkkizinci turda qara fiqurlarla ABŞ-li beynəlxalq usta Evan Parka məğlub olub.

 

Buna qədər isə Abasov dörd qələbə qazanıb və üç dəfə heç-heçə edib. 8 turdan sonra şahmatçımızın aktivində 5,5 xal var. O, turnir cədvəlində 31-ci pillədə qərarlaşıb.

 

Ümumilikdə 548 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir.

 

Qeyd edək ki, bu gün keçiriləcək son turda Abasovun rəqibi Almaniya təmsilçisi Samuel Veber olacaq.