Futzal millimiz bu gün DÇ-2028-in əsas mərhələsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız Latviya seçməsi ilə üz-üzə gələcək.

 

Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək. 

 

Qeyd edək ki, XII qrupda yer alan komanda daha əvvəl səfərdə Çexiyaya uduzub - 1:2. Lənkəranda keçirilən oyunda isə qalib müəyyənləşməyib - 2:2.

 

DÇ-2028. Əsas mərhələ

XII qrup

 

20:00. Azərbaycan – Latviya

Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakic (hamısı Xorvatiya)

Timekiper: Hidayat Feyzullayev (Azərbaycan)

Hakim-inspektor: Angelo Qalante (İtaliya)

UEFA nümayəndəsi: Stephan Kammerer (Almaniya)

Bakı. İdman Sarayı.