Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində bu gün növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, yığmamız Çexiya ilə üz-üzə gəlib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə keçirdiyi ilk görüşdə məğlub olmuşdu – 1:2. Komandamız növbəti matçını noyabrın 8-də Bakıda Latviya millisinə qarşı keçirəcək.