"Şəki" basketbol komandasına yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda Ceyhun Həsənli ilə ortaq məxərəcə gəlib.
Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan Həsənli ötən mövsüm "Şəki"də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.