Azərbaycan Basketbol Liqasının beşinci turunda "Gəncə"yə 80:100 hesabı ilə məğlub olan NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev qarşılaşmanı dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis məğlubiyyətin əsas səbəbini komandasının yol verdiyi səhvlərlə əlaqələndirib.
"Oyuna yaxşı başladıq. İlk iki periodda çox az, cəmi beş səhvə yol verdik. Lakin üçüncü və dördüncü periodlarda səhvlərimizin sayı xeyli artdı. Ümumilikdə 15 səhv etdik. Məğlubiyyətin əsas səbəbini məhz bunda görürəm", - deyə Baxşıyev bildirib.
Baş məşqçi komandasının hələ bütün görüş ərzində sabit oyun nümayiş etdirməyə hazır olmadığını vurğulayıb.
"İlk iki periodu yaxşı keçirdik. Ancaq görünür, hələ dörd periodun hamısında eyni səviyyədə oynamağa hazır deyilik", - deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, NTD ardıcıl beşinci məğlubiyyətini alıb və cari mövsümdə qələbə qazanmayan yeganə komanda olaraq qalır.