İtaliyanın "Milan" klubu Adrien Rabyonun müqaviləsinin müddətini artıracaq. Sport24.az xəbər verir ki, A Seriyası nəhəngi artıq fransalı yarımmüdafiəçi ilə razılıq əldə edib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Rabyo ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşma ilə 31 yaşlı futbolçu illik 6 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Milan" Adrien Rabyonu 2025-ci ilin yayında "Marsel"dən 7,4 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə "rossoneri"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.