"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 9-cu turunda səfərdə "Çelsi"yə 0:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, bununla da Maykl Kerrikin rəhbərlik etdiyi komandanın bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 9 matça çatıb.
İngiltərə mətbuatının yazdığına görə, Mançester təmsilçisi sonuncu dəfə 1988-ci ilin noyabrında belə uğursuz seriya ilə üzləşibmiş. "Mançester Yunayted" son 9 görüşdə 3 dəfə heç-heçə edib, 6 dəfə məğlub olub. Komanda İngiltərə çempionatının cari mövsümündə keçirdiyi 9 oyunda cəmi 1 qələbə qazanıb.
Üstəlik, "Mançester Yunayted" Premyer Liqada artıq iki aydır qalib gələ bilmir. Komanda sonuncu qələbəsini avqustun 30-da "İpsviç" üzərində (5:2) qazanıb.
Qeyd edək ki, "Mançester Yunayted" növbəti oyununu noyabrın 3-də Çempionlar Liqasında "Roma"ya qarşı keçirəcək.