ÇSKA "Beşiktaş" və bəzi Avropa klublarının maraq dairəinə düşən yarımmüdafiəçi Matvey Kislyakı 30 milyon avro qarşılığında satmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə Rusiyanın "Championat" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Kislyakın Avropaya transferi məsələsində klub rəhbərliyi Qolovinin "Monako"ya keçidini bir növ ölçü meyarı kimi götürür. 30 milyon avro məbləği bir növ psixoloji hədd rolunu oynayır. Lakin maraqlı tərəf ilkin ödəniş kimi 20 milyon avro təklif edərsə, ÇSKA tələb etdiyi qiyməti aşağı salmağa razı ola bilər.

 

Qeyd edək ki, Kislyak karyerası ərzində  Moskva klubunda 100 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.