Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir. Sport24.az xəbər verir ki, üçüncü oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Neftçi"ni qonaq edir. Meydan sahibləri bu matça 3 xal qazanacağı təqdirdə 5-ci pillədə qərarlaşan "Zirə" ilə xallarını bərabərləşdirəcək. Hər iki komandanın aktivində 16 xal olacaq. "Neftçi" isə səfərdən qələbə ilə dönəcəyi halda "Sabah"ın və "Qarabağ"ın hesabat həftəsində xal itirməsindən istifadə edib, turnir cədvəlində liderliyə yüksələcək.
Qeyd edək ki, turun baş tutan digər görüşlərində "Turan Tovuz" "Sabah"ı (3:2) məğlub edib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
I dövrə, X tur
15:30. "Şamaxı" - "Neftçi"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Şəhər stadionu.
"Şamaxı": 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ
"Neftçi" 1. Emil Balayev (k) 14. Elvin Bədəlov 3. Rüfət Abbasov 18. İfeanyi Metyu 55. Endryu Qravilyon 33. Breno Almeyda 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 11. Alen Şkribek
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 8. Emin Mahmudov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 97. Bassala Sambu 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 70. Andrey Ştoqrin 27. Draqolyub Saviç