Misli Premyer Liqasının X turunda "Kəpəz" doğma meydanda "İmişli"ni qəbul edəcək. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Komandalar Premyer Liqada indiyədək yalnız ötən mövsüm üz-üzə gəliblər.

Bu müddətdə 3 qarşılaşma baş tutub. Onlardan 2-də "İmişli" qələbə qazanıb, 1 oyun isə heç-heçə ilə başa çatıb.

"İmişli" həmin görüşlərdə "Kəpəz"in qapısına 4 qol vurub. Gəncə təmsilçisi isə keçirdiyi 3 matçın heç birində rəqib qapıçını məyus edə bilməyib.