"Brügge"nin cinah oyunçusu Karlos Forbs "Roma"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.
"Canavarlar" qış "transfer pəncərəsi" dövründə portuqaliyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Klubun əsas prioritet hədəfi hələ də Endriki transfer etməkdir. Lakin "Roma" digər klublarla ciddi rəqabətlə üzləşəcəyinin fərqindədir. Üstəlik, braziliyalı oyunçunun transferi klubun maliyyə vəziyyətinə ağır yük ola bilər. Bundan əlavə, "Roma"nın baş məşqçisi Joze Mourinyo Endriki bu qış buraxmaq niyyətində deyil.
Forbs hücum xəttini gücləndirmək üçün alternativ variant kimi nəzərdən keçirilir. 22 yaşlı portuqaliyalı futbolçu cari mövsümdə "Brügge"un heyətində 13 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.