Kiprdə futbol üzrə ölkə çempionatının 8-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı cinah hücumçusu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Apollon"la qarşılaşıb.

 

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Məmmədov hesabın 1:2 olduğu 73-cü dəqiqədə meydana daxil olub.

 

Hazırda aktivində 13 xal olan "Pafos" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.