Türkiyə 1-ci Liqasında 13-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib.

 

Qarşılaşma Bursa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

 

31 oktyabr

 

"Bursaspor" - "Bandırmaspor" - 3:0

Qollar: Halil Akbunar, 7, Lewis Baker, 12, 23

 

Toral Bayramov oyuna start heyətində başlayıb və sonadək meydanda mübarizə aparıb. O, 7-ci dəqiqədə komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini daha da möhkəmlədib.