Misli Premyer Liqasının 10-cu turunun ikinci oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Qarabağ"ı qonaq edir.
Qəbələdə üz-üzə gələcək komandalar turnir cədvəlinin əks qütblərində qərarlaşıblar. Meydan sahibləri 9 turdan sonra 7 xalla turnir cədvəlinin 10-cu, aktivində 18 xal olan qonaqlar (bir oyun az keçirib) isə 3-cü yerdədir. Ağdam təmsilçisi bu gün səfərdən qələbə ilə dönəcıyi halda lider "Sabah"ı (20 xal) ötəcək və zirvəyə yüksələcək. Meydan sahibləri 3 xal qazanacağı halda təhlkəli zondan bir qədər uzaqlaşacaq.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar ertəsi keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, X tur
17:30. "Qəbələ" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu.
"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 23. Rafael Utziq 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 7. Bruno Silva 5. Natan Monzanqo
Baş məşqçi: Yeton Bekiri
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 5. Bruno Lanqa 29. Renaldo Sefas 9. Zakaria Savo 25. Cebrail Makreçkis 7. Jali Muaddib 4. Bense Varkonyi 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 19. Taofik İsmail 11. Reda Xadra 88. Samuel Lobato 39. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov