"Komo"nun mərkəz müdafiəçisi Yakobo Ramon bir sıra Premyer Liqa klublarının diqqətini çəkib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, müdafiəçini transfer etmək istəyənlər arasında "Çelsi" və "Fulhem" də var.

 

"Real" 21 yaşlı ispan futbolçunun gələcək transferindən əldə olunacaq məbləğin 50 faizini almaq hüququna malikdir. Bundan əlavə, Madrid klubu yetirməsini 9 milyon avro qarşılığında geri almaq imkanına da sahibdir.

 

Qeyd edək ki, "Komo" Ramonla müqaviləni uzatmaqda maraqlıdır. O, cari mövsümdə meydana çıxdığı 12 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.