"Everton" qış transfer dönəmində "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu icarəyə götürmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

"Qırmızı şeytanlar"ın rəhbərliyi bu varianta müsbət yanaşsa da, maliyyə çətinlikləri və futbolçunun öz mövqeyi səbəbindən transfer baş tutmaya bilər.

 

28 yaşlı ingilis futbolçu bu mövsüm Premyer Liqada cəmi bir oyunda start heyətində yer alıb. Hücumçu oktyabrda"Tottenhem"lə 1:1 hesabı ilə başa çatan qarşılaşmada əsas vaxta əlavə olunmuş dəqiqələrdə meydana daxil olub. "Lids"lə görüşdə (1:2 hesablı məğlubiyyət) o, ehtiyat oyunçular skamyasında qalıb. "Bornmut"la görüşü (0:3 hesablı məğlubiyyət) isə zədə səbəbindən buraxıb.

 

Qeyd edək ki, Reşford forma güyindiyi digər beş oyunda meydana əvəzetmədən daxil olub.