Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

 

Günün ilk qarşılaşması Yevlaxda baş tutacaq. "Karvan-Yevlax" "doğma divarlar" arasında "Zirə"ni qonaq edir. Hər iki komanda üçün bu matçın əhəmiyyəti böyükdür. Meydan sahibləri elitada qalmaq uğrunda mübarizə aparır və hər qazanılan xal və ya xallar onlar üçün qızıldan qiymətlidir. Qonaqlar isə yayda ölkəmizi avrokuboklarda təmsil etmək istəyir. Dünən "Araz-Naxçıvan"ın qələbə qazanması Rəşad Sadıqovun komandasının Yevlaxdan 3 xalla dönməyə məcbur edir. Əks halda "qartallar" milli fasiləsinə 5-ci pillədə yollanacaq.

 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXV tur

15:00. "Karvan-Yevlax" - "Zirə"

 Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax. Şəhər stadionu.