UEFA Mətbuat Xidməti 1/8 final mərhələsinin cavab oyunlarından sonra Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədləri açıqlayıb.
Namizədlər Fransisko Trinkao ("Sportinq"), Vinisius ("Real"), Rafinya ("Barselona") və Dominik Şoboslai ("Liverpul") yer alıb.
Qeyd edək ki, Trinkao "Bodo Qlimt" üzərində 5-0 hesablı qələbədə iki məhsuldar ötürmə edib. Vinisius "Mançester Siti" ilə matçda (2:1) dublla yadda qalıb. Rafinya "Nyukasl" ilə görüşdə (7:2) 2 qol və 2 məhsuldar ötürmə ilə qələbədə pay sahibi olub. Şoboslai isə "Qalatasaray"la (4-0) qarşılaşmada adını bir dəfə tabloya yazdırıb.