UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
"Ferentsvaroş" "Braqa" ilə qarşılaşıb.
Görüş Portuqaliya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə nəticələnib. "Braqa" ilk matçda 0:2 hesabı ilə məğlub olsa da, bu qələbə ilə adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.