"Arsenal" komandanın vacib oyunçularından olan Deklan Raysı uzun illər komandada saxlamğı planlaşdırır. Sport24.az xəbər verir ki, London təmsilçisi ingiltərəli yarımmüdafiəçinin müqaviləsinin müddətini uzatmağa hazırlaşıb.

 

Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

 

Raysla müqavilənin şərtləri artıq razılaşdırılıb. Yeni sözləşmə 2030-cu və ya 2031-ci ilin yayına kimi nəzərdə tutulacaq. 27 yaşlı futbolçu ilə mövcud anlaşma 2028-ci ilin 30 iyun tarixinə kimidir.

 

Qeyd edək ki, "Arsenal" Deklan Raysı 2023-cü ilin yayında "Vest Hem"dən 116,5 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.