Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü matçına çıxıb. Sport24.az xəbər verir ki, komanda B Liqasının 3-cü qrupunda Farer adaları ilə qarşılaşıb.

 

Görüşdə Farer adaları Azərbaycan millisinə 6:1 hesabı ilə qalib gəlib.

 

Yığmamızın yeganə qolunu 42-ci dəqiqədə Könül Hüseynova vurub.

 

Xatırladaq ki, U-17 millimiz daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) da uduzub.