AFFA İntizam Komitəsinin npvbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda II Liqanın 18-ci turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.
"Şəki Siti" – "Kür-Araz" oyununun 42-ci dəqiqəsində "Kür-Araz" komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 300 manat cərimə edilib.
"Şəmkir" – "Araz Saatlı" oyununda "Şəmkir" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub. Oyunu bitdikdən sonra "Şəmkir" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə edilib.
"Xankəndi" – "Ağdaş" oyunu "Ağdaş" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə klub 300 manat cərimə edilib.
"Qaradağ Lökbatan" – "Göygöl" oyununda "Qaradağ Lökbatan" komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə klub 100 manat cərimə edilib.
"Quba" – "Dinamo" oyununda "Quba" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə edilib.
"Dinamo" isə 5 nəfər sarı vərəqə aldığı üçün 70 manat cərimə edilib. Matçın 53-cü dəqiqəsində "Dinamo" komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.