İtalya nəhəngi "Milan" yay "transfer pəncərəsi"ndə "Az Alkmar"ın hücumçusu Troy Perrotu heyətinə qatmağa planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Niderland klubu 24 yaşlı futbolçunu təxminən 25 milyon funt sterlinq qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Troy Perrot bu mövsüm həm klubunda, həm də milli komandasında əla təsir bağışlayır. O, bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 39 qol vurub.