"Arsenal"ın sabiq futbolçusu Tyerri Anri açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis "topçular"ın çempionluğunu arzu etdiyini bildirib:

 

"Arsenal"ın oyun tərzini bəyənmirəm, amma hörmət edirəm. Liqa çempionluğu qazanılmalıdır. Bu olandan sonra sərgilənən oyunun önəmi yoxdur. Arteta çempion olmağın yolunu tapmalıdır. Artıq 22 ildir, həsrətik".

 

"Arsenal" Premyer Liqada 31 turdan onra 70 xalla liderdir.