Misli Premyer Liqasının ikinci oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edir.
Hazırda turnir cədvəlinin zirvəsində qərarlaşan meydan sahibləri çempionluq uğrunda mübarizə aparır. Heç şübhəsiz ki, bugünkü oyunun da favoriti məhz "bayquşlar"dır. Hər nə qədər inandırıcı görünməsə də, son turlarda enişdə olan "Sumqayıt" isə bu gün meydana uğursuzluğa son qoymaq üçün çıxacaq.
Qeyd edək ki, turun digər matçları sabah və şənbə günü keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXV tur
19:15. "Sabah" - "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Masazır. "Bank Respublika Arena".