Bu gün Yüksək Liqada III dövrəyə yekun vurulacaq. Sport24.az xəbər verir ki, XV tur həm də çempionluğa iddialı iki komandanın dueli kimi yadda qalacaq. "Araz-Naxçıvan" "Neftçi İK" ilə üz-üzə gələcək.

 

Bu görüşdə qalib gələn tərəf qızıl medallara doğru üstünlük əldə edəcək.

 

Qeyd edək ki, hazırda hər iki komandanın aktivində 37 xal var.

 

 

 

Baku Fire – Şuşa

19 mart. Olimpik Star. Saat 12:30

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Nihad Bağırov

Hakim-inspektor: Azad Hüseynov



Araz-Naxçıvan – Neftçi İK

19 mart. Olimpik Star. Saat 14:30

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov

Hakim-inspektor: Ramiz Əsədov



Lənkəran – U-19

19 mart. Olimpik Star. Saat 17:00

Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Mahir məmmədov

Hakim-inspektor: Murad Məmmədov