"Qarabağ"ın yarımmüdafiəçisi Oleksiy Kaşçuk Ukrayna millisinə ilk dəfə dəvət olunması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu TRİBUNA.com portalına müsahibəsində yığmaya dəvət aldığını biləndə hansı hissələr keçirdiyindən danışıb.

 

- Bu, mənim üçün çox əlamətdar bir məqamdır, çünki Ukrayna milli komandasına ilk dəfə dəvət alıram. Çox həyəcanlıyam, bunu uzun müddət idi ki, gözləyirdim. Dəvətin həm mənim, həm də ailəm üçün nə qədər sevindirici bir hadisə olduğunu dərk edirəm. Bu təcrübənin hər anından zövq almaq istəyirəm".

 

- Bu dəvət gözlənilən idi, yoxsa gözlənilməz?

- Mənim üçün bir qədər gözlənilməz oldu. Amma insan həmişə belə bir fürsəti gözləyir – onsuz da bunun üçün yaşayır və oynayırsan. Görünür, bu dəvətə layiq olmuşam ki, baş məşqçi məni milli komandaya çağırıb.

 

- Milli komandaya dəvət olunduğunu nə vaxt öyrəndin?

- "Neftçi" ilə oyundan sonra komandanın inzibatçısı zəng edib bildirdi ki, baş məşqçi məni bu təlim-məşq toplanışına dəvət edib. O, bəzi sənədləri hazırlamağımı xahiş etdi və məni komandada görməkdən şad olduğunu dedi.

- Buna reaksiyan necə oldu? Dəvət alacağına inanırdın?

– Əvvəlcə çox təəccübləndim, amma dediyim kimi, burada olmağı həqiqətən çox istəyirdim və bunun üçün çox çalışmışdım. Ona görə də, bu şansdan maksimum dərəcədə yararlanmaq üçün əlimdən gələni edəcəyəm.

 

- Komanda yoldaşlarınız səni necə təbrik etdilər?

- Çox səmimi qarşıladılar. Hamı mənim adıma sevindi. Baş məşqçi də məni şəxsən təbrik etdi – bu, çox xoş idi.

 

- "Qarabağ" Çempionlar Liqasında çıxış edərkən, xüsusilə vurduğun qollarla diqqət mərkəzində idin. Hazırda "Qarabağ" Çempionlar Liqasında oynamasa da, milli komandaya dəvət aldın. Səncə, buna necə nail oldun?

– Məşqçilər korpusu müxtəlif liqalardakı oyunçuları izləyir. Bu, hər kəs üçün özünü sübut etmək və milli komandada yer qazanmaq fürsətidir. Əgər yaxşı oynayırsınızsa, nəticə verirsinizsə və komandanız qalib gəlirsə, mütləq onların diqqət mərkəzində olacaqsınız – nəticədə, milli komandaya qoşulmaq şansı da yaranacaq.

 

- Hazırda özünü ən yaxşı formada hiss edirən?

– Bunu demək çətindir, amma mən özümün ən yaxşı versiyasına çevrilmək yolundayam. Milli komandaya çağırılmaq əlavə motivasiya rolunu oynayır – bu, məni daha yaxşı çıxış etməyə sövq edir.