Bu gün II Liqada 10-cu tura yekun vurulur. Sport24.az xəbər verir ki, son oyun gügündə 3 görüş baş tutacaq. son oyunları bu gün keçiriləcək.

 

"Difai"i "Zəngəzur"u, "Şirvan" "Marafon"u, "Şəki" "Dinamo"nu qonaq edir.

 

Qeyd edək ki, turun digər matçlarında "Ağstafa Gəncləri" "Şəmkir"i (1:0), "Hypers" "Kür-Araz"ı (4:0), "Qaradağ Lökbatan" isə "Ağdaş"ı (5:0 ) məğlub edib. "Şirvan" -"Marafon" matçı isə güclü yağış səbəbindən salınıb.

 

II Liqa

X tur


14:00. "Difai" - "Zəngəzur"
Hakimlər: Kamil Aydınov, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Palms Sports FM (IV m.)

15:00. "Şirvan" - "Marafon"
Hakimlər: Elçin Abdullayev, Ruslan Babayev, Tural Bayramov, Mehdi Yusifov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şirvan OİK stadionu

15:00. "Şəki" - "Dinamo"
Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Musayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu