Polşa Ekstraklasasında həftənin rəmzi komandası açıqlanıb. Sport24.az xəbər verir ki, "Rakuv"da forma geyinən Mahir Emreli də "11-lik"də yer alıb.

 

O, ən yaxşı iki hücumçudan biri kimi göstərilib.

 

Mahir "Legiya"ya qarşı keçirilən matçda (4:2) məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Azərbaycan millisinin forvardı bu mövsüm Polşa çempionatında 14 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.