Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. Sport24.az xəbər verir ki,bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK-in Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.