"Sabah" bu gün FIBA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, təmsilçimiz "doğma divalar" arasında "Trabzonspor"la qarşılşır.

 

Milli Gimnastika Arenasında keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.

 

Tərəflər arasında ötən ayın 14-də Trabzonda baş tutan ilk qarşılaşma türkiyə klubunun 100:83 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qeyd edək ki, A qrupunda yer alan "Sabah" bir qələbə və iki məğlubiyyətlə üçüncü pillədə qərarlaşıb. Litva təmsilçi "Rytas" zirvədə yer alıb, "Trabzon" ikinci yerdədir. Fransanın "Nanter 92" klubu isə sonuncudur.