"Paris"in Direktorlar Şurasının iclasında Antuan Arno klubun yeni prezidenti seçilib. Sport24.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun hazırkı baş icraçı direktoru (CEO) Jan-Mark Qallo "Paris"nin prezidentin səlahiyyətli nüyaəndəsi təyin olunub.
Arno bu vəzifədə 2012-ci ildən bəri klubun prezidenti postunu tutan Pyer Ferraçini əvəz edir. 49 yaşlı fransız iş adamı "Christian Dior" şirkətinin sədr müavini və baş icraçı direktortorudur. O, dünyanın ən varlı şəxslərindən biri olan milyarder Bernar Arnonun oğludur.
Qeyd edək ki, Liqa 1-də mübarizə aparan "Paris" hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Komanda ötən il yüksək diviziona vəsiqə qazanıb və mövsümü 11-ci yerdə başa vurub.