Bu gün "Kəpəz" Təlim-Məşq Mərkəzində AFFA-nın C kateqoriyalı məşqçilik kursları başlanıb. Sport24.az xəbər verir ki, kurslara "Kəpəz" PFK-nın əsas komandasının məşqçisi Etibar İbrahimov rəhbərlik edir.

 

"Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev təlimatçı, İlkin Verdiyev və Talıb Rzayev isə tutor (məsləhətçi) funksiyasını yerinə yetirir.

 

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov tədbirə qonaq qismində qatılıb.

 

Təlimlərdə Gəncə, Tovuz, Şəmkir və Samuxdan 15-dək çalışdırıcı iştirak edir. "C" kateqoriyası almağı arzulayanlar arasında "Kəpəz" Futbol Akademiyasının əməkdaşı Sahil Şahməmmədov da var.

 

Kursların birinci modulu noyabrın 12-dək davam edəcək. Ümumilikdə 4 moduldan ibarət kursların yekununda fərqlənənlər müvafiq kateqoriyaya sahib çıxacaqlar.