"Real"ın əfsanəvi futbolçusu Raul Qonsales baş məşqçi kimi fəaliyyət göstərəcək. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssis "Ovyedo"nu çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspaniyalı çalışdırıcı La Liqa 2 rəmsilçisi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Raul Qonsales 2018-2025-ci illərdə "Real"ın akademiyasında məşqçi kimi çalışıb.