İspaniya milli komandası UEFA Millətlər Liqası V turunun Çexiya ilə matçına ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, Lamin Yamal yığmanın düşərgəsinə gec qoşulacaq.

 

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

"Barselona"nın 19 yaşlı vingeri dizində olan yüngül zədəyə görə bir neçə gün istirahət edəcək. O, millinin növbəti matçında oynaya biləcək.

 

Qeyd edək ki, İspaniya seçməsi noyabrın 12-də səfərdə Çexiyanın qonağı olacaq, ayın 15-də isə doğma meydanda İngiltərəni qəbul edəcək.