"Birmingуem"in həmsahibi Tom Bredi komandadan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat ximəti məlumt yayıb. Sport24.az xəbər verir ki, İngiltərə təmsilçisi rəsmi kanalları vasitəsilə yaydığı bəyanatda, klubun inkişafına verdiyi töhfələrə görə ona təşəkkürünü bildirib.
Bredinin gedişi ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.
"The Athletic" nəşrinin məlumatına görə, 49 yaşlı amerikalı iş adamı 2023-cü ilin yayından etibarən klubda səsvermə hüququ olmayan 3,3%-lik paya sahib idi.
2023-cü ilin avqustunda Bredi "Birmingem""də nəzarət paketini əldə edən Amerika investisiya şirkəti "Shelby Companies Limited"ə (SCL) sərmayə qoymuşdu.
Bredi klubun məsləhət şurasına rəhbərlik edir, direktorlar və idarəetmə heyəti ilə birlikdə çalışırdı. Bundan əlavə, o, sağlamlıq, qidalanma və bərpa proqramlarına diqqət yetirərək idman elmi şöbəsinə dəstək verirdi. Komanda oyunçuları həmçinin Bredinin şəxsi məşqçisi Aleks Qerreronun xidmətlərindən yararlana bilirdilər.
Qeyd edək ki, hazırda "Birmingem" 15 oyundan sonra 29 xalla Çempionşipdə turnir cədvəlinə başçılıq edir.