"Sabah" klubunun özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev evlənib. Sport24.az xəbər verir ki, 23 yaşlı futbolçu ailə həyatı qurması barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
Çempionatda milli komandaların matçları ilə bağlı yaranan fasilədən yararlanan yarımmüdafiəçi toy mərasimini Özbəkistanda təşkil edib.