"Araz-Naxçıvan"ın müdafiəçisi İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub. Sport24.az xəbər verir ki, əməliyyat Türkiyədə, tanınmış həkim Mehmet Binnət tərəfindən yerinə yetirilib.
Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək.
Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"la keçirilmiş oyunda zədələnib.