Türkiyənin "Trabzonspor" basketbol komandası "Sabah"la oyun üçün Bakıya gəlib. Sport24.az xəbər verir ki, komandalar noyabrın 10-da Çempionlar Liqasının A qrupunun dördüncü turunda üz-üzə gələcəklər.
Tərəflərin Türkiyədə keçirilən ilk qarşılaşmasında "Trabzonspor" 100:83 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Sabah" qrupda keçirdiyi üç oyunda bir qələbə qazanıb və iki dəfə məğlub olub. "Trabzonspor"un isə iki qələbəsi və bir məğlubiyyəti var.