"Volsburq"un müdafiəçisi Saël Kumbedi Fransa milli komandasına dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

Baş məşqçi Zinedin Zidan, Pyer Kalulunun zədələnməsindən sonra Kumbedini düşərgəyə dəvət edib.

 

Kumbedi 2007-ci ildən bəri Fransa millisinə çağırılan, ikinci divizionda çıxış edən ilk futbolçu olub.

 

Qeyd edək ki, sonuncu belə hal 2007-ci ildə, o vaxt B Seriyasında çıxış edən "Yuventus"un oyunçusu David Trezeqenin milliyə dəvət olunub. Bir il əvvəl isə yenə Turin klubunu təmsil edən Jan-Alen Bumsonq yığmaya çağırılmışdı.