İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, bu, "Real"ın çalışdırıcısı Joze Mourinyodur.

 

Mütəxəssisin rəhbərlik etdiyi kollektiv ötən ay keçirdiyi üç matçda qələbə qazanıb. Komanda "Vilyarreal"a 1:0, "Sevilya"ya 4:1 və "Barselona"ya 2:1 hesabıyla qalib gəlib.

 

Qeyd edək ki, "Real" 12 turdan sonra 30 xalla ikinci sıradadır.