"Milan" qış "transfer pəncərəsi" dövründə bir neçə mövqe üçün yeni oyunçularla müqavilə imzalamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "rossoneri" bu qış heyətə mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi və hücumçu qatmağı hədəfləyir.

 

Qeyd edək ki, "qırmızı-qaralar" 11 turdan sonra A Seriyasında 4-cü,  Avropa Liqasının liqa mərhələsində isə 28-ci pillədə qərarlaşıb.