"Şalke"nin qapıçısı Loris Karius qışda klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, 33 yaşlı qolkiper "Bavariya"nın diqqət mərkəzinə düşüb.

 

Bu barədə "Sky DE" nəşri məlumat yayıb.

 

Münhen təmsilçisi yanvarda qapıçını sıralarına qatmaq istəyir.

 

Karius bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.

 

Qeyd edək ki, qolkiper daha əvvəl "Ştutqart", "Maynts", "Mançester Siti", "Liverpul", "Nyukasl" kimi klublarda forma geyinib.