"Mançester Yunayted" baş məşqçi Maykl Kerriki vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub artıq 45 yaşlı ingilis mütəxəssisi əvəz edə biləcək namizədləri nəzərdən keçirir. Ehtimal olunan namizədlər sırasında Eddi Hau, Yulian Nagelsman, Antonio Konte və Maurisio Poçettinonun adları çəkilir.
Qeyd edək ki, daha əvvəl "Sauthempton", "Tottenhem" və "Çelsi"yə rəhbərlik etmiş 54 yaşlı Poçettino 2024-cü ildən ABŞ millisinin baş məşqçisidir. O, avqust ayında müqaviləsini 2030-cu ilə qədər uzadıb.